Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-20 11:14:00
Aziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasının fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə Aziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasının fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə laboratoriyanın əməkdaşı, gənc tədqiqatçı və laborant Sona Hacıyeva təqdimatla çıxış edərək, Aziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasının fəaliyyəti, aparılan tədqiqatlar və ekspertizalar, təlim və tədris planına uyğun elmi-praktiki araşdırmalar, qida məhsullarının müvafiq keyfiyyət standartları və tələblərə uyğunluğunun qiymətləndirilməsi prosesləri barədə məlumat verib. Həmçinin laboratoriyanın işinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirib.

 

UNEC-in təsis etdiyi “Aziz Sancar adına tədqiqat mükafatı”ndan söz açan S.Hacıyeva müsabiqənin şərtlərini açıqlayıb. Mükafatın 10.000 manat məbləğində olduğunu və müsabiqəyə qısa zamanda start veriləcəyini  bildirib.

 

Rektor Ədalət Muradov laboratoriyanın fəaliyyətini yüksək qiymətləndirərək, bu istiqamətdə beynəlxalq əlaqələrin genişləndirilməsinin faydalı olacağını vurğulayıb.

 

Sonda laboratoriyanın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.