Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 18:06:00
DİM hazırlıq kursunun növbəti məşğələsi keçirilib

Hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.

 

AzEdu.az xəbər verir ki, kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.

 

Moderator Hafiz Cabbarov kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildirərək, təkliflər veriblər. 

 

Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.