Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 16:25:00
BMU-nun Qadınlar Şurası növbəti xeyriyyə aksiyası keçirib

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası növbəti xeyriyyə aksiyası keçirib. Bu dəfə Şura Abşeron rayonunda yaşayan və köməyə ehtiyacı olan 10 ailəyə ərzaq yardımı göstərib.

 

AzEdu.az xəbər verir ki, universitetin ictimai-sosial həyatında aktiv rol oynayan Qadınlar Şurası, eyni zamanda aztəminatlı ailələrə yardımların göstərilməsi ilə bağlı müxtəlif xeyriyyə aksiyaları həyata keçirir.