Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 09:39:00
Azİİ-də “20 Yanvar faciəsi” ilə bağlı kitab sərgisi təşkil olunub

18 yanvar 2023-ci il tarixində Azİİ e-Kitab Evində Azərbaycanın suverenlik uğrunda şəhidlər verdiyi “Qanlı 20 Yanvar faciəsi”nə həsr olunmuş kitab sərgisi təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, sərgidə 20 Yanvar hadisəsinin Azərbaycan tarixində qanla yazılmış bir səhifə, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü olduğunu, həmçinin uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu əks etdirən kitablar, salnamələr, fotolar, jurnallar, dövri mətbuat və digər materiallar geniş yer alıb. Ümumilikdə sərgidə 50-dən çox eksponat sərgilənib.

 

Sevinc Ədalətqızı “Rahimə Vətən ağlar”, “Yanvardan sonra çalınan “Vağzalı”, “Yanvar təlatümü”, Səriyyə Müslümqızı “Qar üstündə qar yağırdı”, Sabir Əhmədli ”Yanvar hekayələri”, Qulu Kəngərli “Qara Yanvar şəhidləri,” Çapay Sultanov “İmperatorluğun son darbesi; Baku, 20 ocak,1990”, “ADNA-nın Yanvar şəhidləri, “20 Yanvar şəhidləri”, “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi” və bir çox kitablar sərgidə nümayiş olunub.

 

 Qeyd edək ki, sərgilənən kitablar Azİİ e-Kitab Evinin elektron kataloqunda yer alaraq kitabxana bazasında yerləşdirilib.

 

  Sərgi yanvar ayının 31-dək davam edəcək.