Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-20 17:37:00
Direktorların Tik-tok “qəhrəmanlıqları”- Məktəb bu cür gözdən salınır  

 

Son vaxtlar “Tik-tok” sosial platformasında bəzi məktəb direktorlarının ictimai statuslarına yaraşmayan görüntüləri yayılıb. İctimaiyət tərəfindən kəskin qınaqla qarşılanan bu videolar direktorların özləri tərəfindən çəkilib və öz profillərində paylaşılıb.

 

Bu kimi videolar onların rəhbərlik etdikləri təhsil ocağının nüfuzuna necə təsir edir?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən təhsil sahəsində çalışan hər bir şəxs öz məsuliyyətini mütləq şəkildə dərk etməlidir:

 

 

“2009-cu ildə qəbul edilən “Təhsil haqqında” Qanunda, 2011 ci ildə qəbul edilən Orta məktəblərin nümunəvi Nizamnaməsində davranış məsələləri ilə bağlı bəzi detallar qeyd olunub. Siz təhsil sahəsində çalışırsınızsa, orta ümumtəhsil müəssisəsində işlədiyinizi, kotengentinizin əhatə dairəsini başa düşməlisiniz.

 

Bizim 4432 orta ümümtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır.  Bu gün hər bir şagird direktorun davranışından özünə nümunə götürəcək.  2014-cü ildə qəbul edilən “Müəllimlərin Etik  Davranış Qaydalarında qeyd olunub ki, hər kəs öz davranış qaydaları ilə cəmiyyətə nümunə olmalıdır. Xüsusi xidmət orqanlarında, daxili işlər orqanlarında, hüquq mühafizə orqanlarında çalışanlar işdə və cəmiyyət arasında öz davranışı ilə örnək olmalıdırlar. Bu direktorlar ilə yanaşı müəllimlərə də şamil edilir”.

 

Ekspert bu platformanin şagirdlərə daha faydalı informasiyalar ötürmək üçün istifadə edilə biləcəyindən söz açıb.

 

“Tik-tok sosial şəbəkəsi bu gün yetərincə böyük və populyar platformadır. Bu platformanı biz şagirdlərə daha faydalı informasiya ötürmək üçün istifadə etməliyik. Təəsüf  ki, bəzi məktəb direktorları təhsil sisteminin adına uyğun olmayan davranışları ilə diqqət çəkir. Bu gün direktorların etik davranış qaydalarına əməl etmədiyinin şahidi oluruq. Bu, onların istirahət etmək hüququ deyil. İstirahətməqsədi ilə səyahətə çıxa, kitabxanaya gedə,parkda gəzə bilərlər. Tik-tokda təhsil işçisinə uyğun olmayan davranışlar sərgiləmək doğru deyil. İnsanlar məsuliyyətini dərk etməlidirlər. Təəssüf  ki, bu gün məsuliyyətini dərk etməyən insanlar var”.

 

K.Əsədov son olaraq qeyd edib ki,  Tik-tok platformasında qeyri-etik davranışlar sərgiləmək istəyən, təhsil sistemindən kənarlaşıb həmin sahədə işinə davam edə bilər.