Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-22 11:46:00
Xaricdə təhsil almaq üçün necə planlama aparmaq lazımdır?-TÖVSİYƏLƏR  

Xaricdə təhsil almaq istəyənlərin  seçdiyi ölkədə təhsil alması üçün müraciət etmədən öncə diqqətli bir  şəkildə planlaşdırma  aparmaları zəruridir.

 

Bu planlama müddəti sizin xaricdə təhsil ilə bağlı müraciətiniz, təhsil müddətiniz üçün bir növ bələdçi rolunu oynayır və olduqca əhəmiyyət kəsb edir.

 

Bəs xarici ölkələrdə təhsilini davam etdirmək istəyən şəxslər nə etməlidir? Haradan başlamalıdır?

 

AzEdu.az bu suallara cavab olaraq  mövzu ilə bağlı təcrübə və tövsiyələri təqdim edir.

 

Xarici ölkələrin təhsil  müəssisələrinə müraciət etməyə erkən qərar vermisinizdə bunlara diqqət edin:

 

Müraciətdən öncəki 3 il

 

  • Hansı universiteti istədiyinizə dəqiq qərar verin və hansı IELTS imtahan növündə iştirak etməli olduğunuzu,istədiyiniz ixtisas üzrə  tələb olunan IELTS balını nəzərdən keçirin. IELTS-ə necə qeydiyyatdan keçəcəyinizi öyrənin.
  • Təhsilinizə davam etdiyiniz müəssisədə akademik müvəffəqiyyətinizi daima yüksək tutun.
  • Ən yaxın IELTS test mərkəzini tapın, uyğun bir tarix tapın və imtahan üçün görüş təyin edin. Kurslara yazılmadan 12 - 14 ay əvvəl imtahana girmək üçün imtahan tarixini planlaşdırmalısınız.
  • İngilis dilini bilsəniz,əvvəlki təhsil pilləsini bu dil üzrə bitirmiş olsanız belə IELTS-ə hazırlaşmağa başlayın. İmtahanın formatına və müddətinə vərdiş etməlisiniz.
  • İlk növbədə maraqlandığınız təhsil müəssisələri və qurumlarının qəbul üçün imtahan verməyinizi tələb edib-etmədiyini dəqiqləşdirin. Seçdiyiniz qurum  imtahan tələb edirsə  imtahan prosesi üçün  erkən  planlama və hazırlığa  başlayın.

 

Müraciətdən  15 - 18 ay əvvəl xaricdə təhsil almaq üçün aşağıdakı təşkilatlardan lazımi məlumatları əldə edin:

 

  • ABŞ üçün - Education USA
  • Birləşmiş Krallıq üçün - Education UK və UCAS
  • Avstraliya üçün- Study in Australia

 

Bundan əlavə təhsil almaq istədiyiniz digər ölkələrin sistemi, təqaüdləri və təhsil müddəti haqqında həmin  ölkə və universitetlərin internet saytları ilə yanaşı, ölkənizdə yerləşən nümayəndəliklərindən də məlumat əldə edə bilərsiz.Məsələn, British Council.

 

Müraciətdən 12 - 14 ay əvvəl  bunlara diqqət edin:

 

  • İlk olaraq bir İELTS imtahanında iştirak edin. Növbədi 13 gün ərzində nəticələrinizi əldə etdikdə ehtiyacınız olan balı toplamamış olsanız yenidən və daha yaxşı hazırlaşaraq imtahanda bir daha iştirak etmək üçün zamanınız olacaq.

 

  • Bütün lazımı sənədləri tələb olunan formada hazırlaya bilmək üçün müraciət etdiyiniz hər bir müəssisə üçün ayrı bir fayl hazırlayın. Bütün müraciət tələblərini diqqətlə oxuyun və tələb olunanları qeyd edilən tarixdə yerinə yetirin. Tarixləri unutmamaq və qarışdırmamaq məqsədi ilə özünüz üçün bir təqvim hazırlayın.

 

Müraciətdən  10 - 12 ay əvvəl müraciət prosesini artıq yekunlaşdırın:

 

  • Seçdiyiniz müəssisələrə qəbul üçün tələb olunan müraciət vərəqini doldurun

 

  • Maddi yardım və təqaüd üçün ərizələrinizi təqdim edin

 

  • Ölkələrin viza tələblərini öyrənin.

 

Müraciətdən  6-9 ay əvvəl müraciət etdiyiniz hansı müəssisələrin sizi tələbəsi olaraq qəbul etdiyini artıq öyrənməyə başlayacaqsınız.

 

Müraciətdən  3 ay əvvəlki müəddətdə isə viza müraciətiniz üçün davam edən prosesin  düzgün getdiyinə əmin olun.

 

Planlama müddətində qeyd edilənlərə diqqələ əməl etsəniz müraciətlərinizin uğurla nəticələnməsi ehtimalı daha yüksəkdir.

 

Qeyd edək ki,  AzEdu-nu  izləyərək xaricdə təhsil və qəbul prosesi ilə bağlı məlumatlar və son yeniliklərdən xəbərdar ola bilərsiniz.