Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 20:32:00
Dünya ölkələrində təhsilə xərclənən fantastik paralar...

Dərs ilinin başlamasına çox az zaman qaldığı bir vaxtda ticarət mərkəzlərində yenidən canlanma yaranıb. Hər kəs övladını məktəbə hazır vəziyyətdə göndərmək üçün alış-verişə qaçır. Hər il olduğu kimi, valideynlərin bir qismi məktəb bazarındakı bahalıqdan şikayətlənir, bir qismi isə qiymətlərin cibə uyğun olduğunu söyləyir.

Bəs, Azərbaycanla müqayisədə məktəbə hazırlıq, məktəb üçün lazım olan vəsaitlərin qiymətləri baxımından digər ölkələrdə vəziyyət necədir?

AzEdu.az aqreqator.az-a istinadən xəbər verir ki, hər bir ölkədə dərs ilinin başlaması və bitməsi, yeni dərs ilinə hazırlıq, məktəb bazarındakı qiymətlər regionların iqtisadi vəziyyətinə görə fərqlənir.

ABŞ-da bir ailənin məktəb alış-verişi üçün ödədiyi ortalama məbləğ 685 dollar təşkil edir. Bu məbləğə sadəcə, bir uşağın məsrəfi daxildir.

Universitetdəki təhsili də buraya əlavə etsək, qiymət daha da qalxaraq, təqribən 5000 dollara yaxınlaşır. Qiymətin bu qədər şişməsinə səbəb kompüter, məktəbli forması, hesab maşını və digər elektron vasitələrdən ABŞ-da geniş istifadə olunması ilə əlaqədardır.

Dünya ölkələri arasında uşaqların təhsilə sərf etdikləri illik müddətin göstəricisi də böyük maraq doğuran məqamlardandır. Danimarkada məktəb üçün ayrılan müddətin illik orta göstəricidən 200 saat daha artıq olduğu bildirilir. 33 inkişaf etmiş ölkədə məktəb üçün ayrılan saatın azlığı baxımından Rusiya ən sonda gəlir.

Beynəlxalq təhsil sistemində məktəb üçün ayrılmış illik ortalama zamanın 800 saat olduğunu nəzərə alsaq, bu, Rusiyada 500 saat civarındadır.

Danimarkada isə ibtidai sinif şagirləri il ərzində 1000 saatını məktəbə sərf edirlər. Təhsilə bu qədər önəm verilməsinə görədir ki, Danimarka təhsil baxımında siyahıda 5-ci yeri tutur.

 

Burada ortalama bir ailənin tək uşaq üçün bir il ərzində ödədiyi təhsil haqqı minimum 400 avro təşkil edir.

 

Təhsil xərci, kitablar, nəqliyyat, yataqxana və digər bu kimi amilləri nəzərə alasaq, təhsilin ən bahalı olduğu ölkələrdən biri də Honkonqdur. Honkonqda ailələrin təkcə bir uşaq üçün ödədiyi məbləğ 131 min dollardır.

 

Birləşmiş Ərəb Əmirliklərində təhsil üçün 99 min dollar ödənilir və bu amilə görə BƏƏ ən bahalı təhsili olan ölkələr siyahısında ikinci yeri tutur. Sinqapurda isə bu məbləğ 58 min dollar təşkil edir.

 

Fransada təhsilə 16 min dollar xərc çəkilir. Bu isə digər Avropa ölkələri ilə müqayisədə daha aşağı məbləğ hesab olunur.

 

Qardaş ölkə Türkiyədəki vəziyyəti isə digər ölkələrə nisbətən daha yaxşı hesab etmək olar. Burada il ərzində təhsilə xərclənən məbləğ təqribən 427 manat civarındadır.

 

Azərbaycanda isə bu il üçün olan vəziyyət necədir?

Dəftər: 25 qəpik - 1 manat

Qələm: 10 qəpik - 1 manat

Rəngli karandaş: 1 manat - 7 manat

Çanta: 16 manat - 140 manat

Təbii ki, bu siyahını məktəbli forması, müxtəlif test vəsaitləri, sinifdənxaric oxu kitabları və digər vasitələrlə genişləndirsək, siyahı daha da artacaq. Ümumilikdə hesablasaq, Azərbaycanda bir uşaq üçün məktəb bazarlığına minimum 350 manat xərcləmək lazım gəlir.