Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-13 14:18:00
Ölkədə əcnəbi tələbələrin sayı azdır, səbəbi isə müəllimlərin xarici dil problemlidir-TƏNQİD

“Azərbaycana təhsil üçün müraciət edən əcnəbi tələbələr baxdıqda, bura əslində üçüncü ölkələrə keçid üçün gəldiyinin fərqinə varırıq...”.

 


Bu sözləri  ali təhsil məsələləri üzrə ekspert  Vüsal Kərimli AzEdu.az-a açıqlamasında bildirib

 


V.Kərimli Azərbaycana təhsil üçün müraciət edən tələbələrin nisbətən az inkişaf etmiş ölkələr olduğunu qeyd edib:

 

"Azərbaycana təhsil üçün müraciət edən tələbələrin gəldiyi ölkələrə nəzər yetirsək daha çox Banqladeş, Pakistan, Sinqapur,Vyetnam və s. kimi nisbətən az inkişaf etmiş ölkələr olduğunu görə bilərik. Bu ölkələrin dinamik statistikasını izləsək, təhsil üçün müraciət edən tələbələrin bura, əslində, daha yaxşı həyat şəraiti və yaxud üçüncü ölkələrə keçid üçün gəldiyinin fərqinə varırıq".

 

Ekspert əcnəbi tələbələrin ölkəmizə az müraciət etməsinin səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, ölkəmizə təhsil üçün müraciət edən tələbələrin sayı olduqca azdır və bunun səbəbi müəllimlərimizin xarici dil problemlidir:


"Universitetlərimizdə xarici dildə bakalavr və magistr üzrə təhsil proqramları təklif olunmur. Təşkil edilən proqramların da səviyyəsi ürəkaçan deyil. Çünki, müəllimlərimizdə ingilis dili məsələsi problemlidir. Bu problemləri nəzərə aldıqda əcnəbi tələbələrin Azərbaycanda inkişaf etmiş təhsil ala biləcəkləri məsələsi şübhə altında qalır. Qonşu ölkələrlə, məsələn, Gürcüstanla müqayisə etsək, bizim ölkəmizə təhsil üçün müraciət edən tələbələrin say etibarı ilə olduqca az olduğunu müşahidə edərik. Təhsil Nazirliyinin statistikasına əsasən, təxminən 8000 nəfərdən çox tələbə müraciət etmişdir. Bu isə aşağı göstəricidir".

 

V.Kərimli ölkəyə daha çox əcnəbi tələbənin cəlb olunmasının yollarına da toxunub:

 

"Azərbaycandakı təhsildə adekvatlıq səviyyəsi aşağı olduğu üçün onların bizim universitetlərə doğrudan da, məhz təhsil üçün gəlməsi sual altında qalır. Beynəlxalq akredditasiyalı proqramlarımız yoxdur. İngilis dili üzrə proqram təklif edilmir. Təklif olunan proqramların da həm sayı azdır, həm də keyfiyyəti aşağıdır. Region universitetlərində vəziyyət daha kritikdir.

Universitetlər professor, müəllim heyətinin xarici dillərinin inkişaf etdirilməsi üçün tədbir görməlidir. Hazırlanan proqramları beynəlxalq akredditasiyadan keçirməklə əcnəbi tələbələrin daha çox cəlb olunmasına nail olmalıdır".

 

Aysun Əsgərova