Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 17:50:00
Almaniya Elm Fondunun vitse-prezidenti: "Ümid edirəm ki, Bakı üçün çox darıxmayacağıq"

Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) üzvlərindən olan Azərbaycanın 38 ildən sonra yenidən bu beynəlxalq konfransa ev sahibliyi etməsi olduqca əlamətdar hadisədir. Ümid edirəm ki, bu tədbirin yenidən Bakıda təşkil edilməsini çox gözləməyəcəyik.

Bunu IFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover jurnalistlərə müsahibəsində söyləyib.

O deyib: “Bu nüfuzlu tədbirdən bir neçə gözləntim var. Üç gün davam edəcək elmi-texniki konfrans bizə imkan verəcək ki, avtomatlaşdırmaya nəzarət sahəsində beynəlxalq ictimaiyyətlə əlaqə yarada bilək. Konfransın nəticələrinin bütün tərəflər üçün faydalı olacağını düşünürəm. Növbəti görüşün 2020-ci ildə Almaniyada təşkil edilməsi nəzərdə tutulub”.

Azərbaycana ilk dəfədir ki, gəldiyini söyləyən F.Allgover tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb.