Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 14:00:00
Özəl təhsil müəssisələri hansı mənbələrdən maliyyələşdirilir?- İZAH    

Koronavirus pandemiyasının qarşısını almaq məqsədilə təhsilin distant aparılması özəl təhsil müəssisələri ilə valideynlər arasında müəyyən anaşılmazlıqlara səbəb olub.

 

AzEdu.az xəbər verir ki, bəzi özəl təhsil müəssisəsi hazırkı vəziyyəti nəzərə alaraq,  şagirdlərin təhsilhaqqına güzəşt edib.

 

Bəs özəl təhsil müəssisəsi hansı mənbələrdən maliyyələşdirilir?

 

Təhsil Qanununa istinadən, belə müəssisələr  xidmətlərinə görə əldə etdiyi vəsaitlər, təsisçilərin (himayəçilərin) vəsaitləri, qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri, hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr vasitəsilə maliyyələşdirilir.

 

Həmçinin  təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər, qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər də büdcəyə daxil olur.

 

 Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.

 

Qeyd edək ki, özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir. Təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.