Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 11:14:00
Macarıstanda təhsil alma imkanı üçün son 4 gün

Yanvarın 15-də Macarıstan tərəfindən 2023-2024-cü tədris ili üçün elan edilən təqaüd proqramına sənəd qəbulu yekunlaşacaq.

 

AzEdu.az xəbər verir ki, sənəd qəbulu qeyd edilən tarixdə saat 23:59-a kimi aparılacaq.

 

Namizədlər həmin tarixədək hər iki ölkənin elektron ərizəsini doldurub təsdiq etməlidirlər.

 

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2023-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

 

Maraqlananlar təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərlər.