Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 14:41:12
Şəhid övladlarına çanta və məktəb ləvazimatları hədiyyə edildi

Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün bu il əlamətdar olacaq.

AzEdu.az xəbər verir ki, aprel şəhidlərinin övladları yeni tədris ilindən etibarən ilk dəfə məktəbə qədəm qoyacaqlar. Bu münasibətlə Veysəloğlu Qrup I sinifə gedəcək uşaqlara çanta və məktəb ləvazimatlarını hədiyyə edərək, onların sevincinə şərik olub. 

Xatırladaq ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixə keçdi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları