Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-11 09:14:00
Sınaq imtahanları abituriyentləri bu səhvlərdən xilas edir-FAYDALARI

 

 

Ali təhsil müsəssisələrinə hazırlaşan abituriyentlər üçün hər il mütəmadi olaraq sınaq imatahanları təşkil edilir. Zamanla həyəcanlanma, kodlaşdırmada səhv etmə, sualları düzgün oxuma vacibliyi və bu kimi digər məqamlar abituriyentlər üçün doğmalaşır. Abituriyentlər sınaq imtahanları vasitəsiylə həm həyəcanlarının öhdəsindən gəlməyi öyrənir, həm də bilik və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyənləşdirirlər.

 

Bəs sınaq imtahanlarında iştirak etmək istəyən abituriyent hansı məqamlara diqqət etməlidir?

 

Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib AzEdu.az-a açıqlamasında bununla bağlı bir neçə zəruri təklifi önə çəkib:

 

“Abituriyent bilik və bacarıqlarını sınamaqla yanaşı, vaxtını düzgün bölməsində sınaq imtahanının faydası var. İmtahan zamanı vaxt bölgüsünün düzgün aparılmaması yekunda abituriyentin nəticəsinin zəif olmasına səbəb ola bilər. Qəbul imtahanı zamanı hansı fənnə nə qədər vaxt ayırmalıdırlar, hansına xüsusi yanaşmalıdırlar, bunlar çox vacib detallardır.  Həm də onlar qəbul imtahanında edəcəkləri səhvləri sınaqlarda edərək, bu hala hazırlıqlı olur, səhv etmirlər.

 

Sınaq imtahanları əsas olaraq abituriyentlərdə imtahan həyacanını aradan qaldırır. Mütəmadi olaraq sınaq imtahanında iştirak edən abituriyent üçün artıq imtahan prosesi adiləşir. Sınaq imtahanları DİM və xüsusi hazırlıq kursları tərəfindən təşkil olunur. Sınaq imtahanının düzgün qaydada aparılmasını təqdirəlayiq hesab edirəm”.

 

Mütəxəssis sınaq imtahanlarının səmərəli təşkili prosesi ilə bağlı məlumat verib:

 

“Sınaq imtahanları fevral ayından keçirilməyə başlayır. Bakıda və regionlarda təşkil olunur. İmtahanında iştirak etmək istəyən abituriyent Şəxsi kabinetdə əvvəlcədən qeydiyyatdan keçməlidir. Qəbul imtahanına düşəcək suallar 2023-cü ilin sonuna kimi olacaq təhsil proqramını əhatə edir. Sınaq müddəti 3 saatdır. Qəbul modelində olduğu kimi hər fənn üzrə 30 test tapşırıqı təqdim olunur”.