“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.
AzEdu.az xəbər verir ki, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ilə bağlıdır.
Qanunun 44-cü (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ) maddəsinə yeni 44.1-1. bəndi əlavə olunur.
Qeyd edək ki, qanuna edilən dəyişiklik Prezidentin "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında" 2017-ci il 6 dekabr tarixli 3457 nömrəli və "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında" 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli sərəncamlarının icrası məqsədilə təklif olunur.
kitabı