Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 09:45:00
Bu il MİQ imtahanından keçənlərin maaşı belə hesablanacaq? - RƏSMİ

Bu il MİQ (Müəllimlərin İşə Qəbulu) üzrə müsabiqədə uğur qazanan müəllimlərin maaşı  Diaqnostik  Qiymətləndirmə imtahanında iştirak edənlərdə olduğu kimi hesablanacaq. 

Bu barədə AzEdu.az-ın sorğusuna Təhsil Nazirliyinindən cavab verilib:

“Nazirlikdən bildirilib ki,  “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na uyğun olaraq müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanan müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.

Həmin müəllimlərə verilən əmək haqqı bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etmiş müəllimlərdə olduğu kimi yeni qaydada artımla ödəniləcək.