Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 17:57:17
Nazir 11-ci sinif buraxılış imtahanlarındakı yenilikdən danışdı

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov 11-ci sinif buraxılış imtahanlarında gələn il tətbiq ediləcək yenilikdən danışıb:

“Bildiyiniz kimi, 2008-2009-cu tədris ilində şagirdlər birinci dəfə yeni sistemlə, xalq arasında kurikulum adlanan proqramla dərs ilinə qədəm qoymuşdular. Həmin şagirdlər, artıq bu il məzun olacaqlar. Bu, öz növbəsində həm də qiymətləndirmə sistemində bir sıra yeniliklərin tətbiqi deməkdir. Bu il 11-ci siniflərin buraxılış imtahanlarının fənn sayında heç bir fərq nəzərdə tutulmayıb. Fərq odur ki, yalnız attestatla yazılmaqla yekunlaşmayacaq, ali təhsil müəssilerinə qebulolma mərhələsində qəbul balının ilkin hissəsi məhz buraxılış imtahanlarından gələcək. 

Qəbul imtahanalarındakı yenilik isə imtahan veriləcək fənlərin sayının 5-dən 3-ə endirilməsidir. Bu, daha az sayda fənnin daha dərindən yoxlanılması istiqamətində əlavə imkanlar verəcək. Bu, bizim hər birimiz üçün çox vacibdir.  Yeni tətbiq olunan kurikulum sistemi ilə dərs alan yuxarı sinif şagirdləri ilə intensiv işləmək, onlara hərtərəfli dəstək hər birimizin vəzifəsidir".