Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-28 09:29:00
Şagirdlərin məktəblərə telefon gətiriməsi yalnız bu halda qadağan edilməlidir-TƏKLİF

 

 

Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas müəllimlərin üzərinə çox gəlindiyini bildirib. Deputat bunu da vurğulayıb ki, şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır.

 

Bəs məktəb şagirdinin bu qədər bahalı telefon işlətməsi nə dərəcə doğru hesab olunur?

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında bildirib ki, hər bir şəxs istədiyi dəyərdə telefon istifadə edə bilər.

 

“Telefon işlətməyin sosial kriteriyası yoxdur. Şagird və tələbələr  illərlə kredit ödəyib bahalıq telefon alırlar, bununla özləri üçün imic yaratdıqlarını düşünürlər. Bu gün məktəblərdəki problemlər bütün zamanlarda müşahidə olunub. Biz bunu şagird macərası, yaxud şagird şıltaqlığı adlandırırıq. Məsələ belə qaldırıla bilərdi ki, məktəb şagirdinin telefon istifadə etməsi, onun təhsilinə necə təsir göstərir”.

 

Ekspert məktəblərdə telefon ilə bağlı problemin həlli yollarından söz açıb:

 

“Artıq özəl məktəblərdə bu sistem təşkil edilib. Şagird dərsə girən zaman telefonu təhvil verir, dərs bitdikdən sonra telefonu təhvil alır. Telefon saxlamaq üçün xüsusi yer düzəldilməli, həmin yerə kamera sistemi qurulmalıdır. Təəssüf ki, məktəblərdə bu sistem yoxdur. Bunu edə bilmədiyimiz üçün, məktəbə telefon gətirilməsi qadağan olunmalıdır.

 

Bu hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunmalıdır. Biz müstəqilliyimizin 33-cü ilindəyik, buna baxmayaraq hələ də bizim ümumtəhsil məktəblərimizin öz nizamnaməsi yoxdur. Təkcə telefon deyil, məktəblərdəki bütün problemlər nizamnamə əsasında həll edilməlidir”.

 

E.Qafarov öz praktik fəaliyyətində istifadə etdiyi yöntəmə diqqət çəkdi:

 

“Məktəbə telefon gətirən şagird ilə bağlı pedoqoji şuranın qərarını qəbul etmişdik. Valideyn və şagirdlər bununla tanış oldu. Telefon gətirən şagirddən telefon alınıb xüsusi seyflərdə saxlanılırdı, dərs ilinin sonunda valideynə təhvil verilirdi. Məktəblərin nizamnaməsi yoxdur deyə, bu prosesi həyata keçirə bilmir.

 

Deputatlarımızın populist deyil, real vəziyyətə xidmət edə biləcək çıxışlar etməsini arzu edirəm”- deyə, o fikrini tamamlayıb.