Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-23 16:19:00
Subbakalavların universitetlərə imtahansız qəbulu necə mümkündür?-CAVAB

 

Ali təhsil müəssisələrinə qəbulla bağlı ən çox verilən suallardan biri də subbakalavrların qəbulu ilə bağlıdır.

 

Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu hansı qaydada həyata keçirilir?

 

AzEdu.az xəbər verir ki, subbakalavrlar ali təhsil müəssisələrinin müsabiqəsində müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər balla iştirak edirlər.

 

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) nəzərə alınmaqla subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır.

 

Qeyd edək ki, imtahansız qəbul subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunlarına aiddir.