Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-23 09:26:00
Təqaüdə göndərilən müəllimlərdən necə yararlanmalıyıq?-Deputatdan təklif

 

 

“Təhsil sistemində bəzi təcrübəsiz gənc müəllimlər yerinə, təcrübəli yaşlı nəsildən istifadə etməliyik”

 

Hazırda yaşı 65-i ötən, lakin, öz dərs demək enerjisini hələ də qoruyub saxlamağı bacaran, təqaüddə olan müəllimlər var.

 

Bəs 65 yaşdan sonra təqaüdə çıxan müəllimlərdən onlar təqaüdə çıxdıqdan sonra necə yararlanmaq olar?

 

Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında yaşı 65-i ötmüş bütün müəllimlərin təhsildən uzaqlaşmasının doğru hesab edilmədiyini bildirdi:

 

“İdeal müəllim olmaq üçün illərin təcrübəsi tələb olunur. Müəllim yaxşı biliyə sahib olmaq üçün, uzun müddətli təcrübə keçməlidir. Son dövrdə insanlar arasında belə bir fikir formalaşıb ki, yaşı çox olan müəllimlər təhsildən uzaqlaşmalı, yerini gənc müəllimlərə verməlidir. Bunu tamamilə yanlış yanaşma hesab edirəm. Biz yaşlı nəslin təcrübəsini gənc nəslə ötürməliyik.

 

Xaricdə hər bir mütəxəssis dünyasını dəyişənə kimi ondan yararlanırlar. Təqaüdə çıxmış təhsil işçilərindən müəllim, ekspert, araşdırmaçı kimi onlardan istifadə etməliyik. Bu müəllimlər 65 yaşa kimi xeyli təcrübə toplayıblar, biz o təcrübədən yararlanmağa çalışmalıyıq. Təəssüf  ki, son zamanlarda bu tendensiya həyata keçirilmir.

 

Təqaüddə olan müəllimlərdən kurslarda, master-classlarda, ekspert və alim kimi istifadə etməliyik. Bir kadrın yetişməsi üçün uzun müddət tələb olunur. Müəllimin yaşı  65-i  ötsə də belə, özünün dərs demək enerjisini qoruyub saxlayırsa, onun demək, dərs tədrisinə şərait yaratmalıyıq. Yaşı 65-i ötmüş müəllimlərin hər biri tədrisdən kənarlaşdırılmır. Burada konkret qanun təyin edilməli, ya yaşı 65-i ötən hər bir müəllimə şamil edilməli, ya da heç birinə şamil edilməməlidir”.