Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-22 16:13:00
Artıq bu şəxslər də  tələbə kreditlərinin sosial növündən yararlana BİLƏCƏK

“Yeni qərarla artıq 1990-cı illərdə və 44 günlük Vətən müharibəsində iştirak edərək müharibə veteranı statusu almış şəxslər tələbə kreditlərinin sosial növündən yararlana biləcəklər”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsilin iqtisadiyyatı şöbəsinin aparıcı məsləhətçisi Cabbar Hüseynli “Təhsil masası” həftəlik brifinqində qeyd edib.

 

“Onlar haqqında məlumat müvafiq icar hakimiyyəti orqanının məlumat bazasında mövcuddur. Müraciət zamanı fin kodu daxil edərkən sosial statusları nəzərə alınacaq. Hazırda universitetlərimizdə təhsil alan və sosial kredit növündən yararlanmaq istəyən müharibə veteranları var”-deyə, o bildirib.