Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-21 13:15:00
"İlin gənc müəllimi” müsabiqəsində İLK ƏLLİLİK məlum oldu-SİYAHI

 

 Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2022" müsabiqəsində Uzun siyahı – “TOP-50-lik” müəyyən edildi.

 

AzEdu.az xəbər verir ki,  müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə təşkil olunur.

 

Müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

Beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi”  3 turda həyata keçirilir. İlkin olaraq birinci mərhələdə iştirakçılar müraciət formunu doldurublar. Hər bir müəllim şəxsən özü  forma daxil olaraq  ona təqdim olunan sualları cavablandırmalıdır.

 

Qeyd edək ki, çoxsaylı müraciətləri nəzərə alaraq 35 yaşa qədər qoyulan limit aradan götürülür, yüksək nəticələri nəzərə alınmaqla bəzi hallarda 40 yaşadək (40 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı verilib.

Müsabiqədə dövlət orta məktəblərində və özəl orta təhsil müəssisələrində müəllim işləyənlər iştirak edə bilər. Staj məhdudiyyəti tətbiq olunmur.

Beləliklə, münsiflər tərəfindən seçilən ən yaxşı 50 müəllimi təqdim edirik:

Qeyd edək ki, sıralama tam şərtidir və hazırda "TOP-50-lik" arasından "TOP-10-luq" müəyyən edilir. Bir həftədən sonra elan ediləcək.

 

1.Musayev Məcid-İsmayıllı rayon İstisu kənd tam orta məktəb;

2.Maxvirati Ayşən-Bakı şəhəri 124 saylı məktəb;

3.Əsədova Səbinə-İmişli şəhər 6 saylı tam orta məktəb;

4.Mirzəyeva Füruzə-Astara rayon Rüdəkənar kənd orta məktəbi;

5.Mustafayev Fərman-Yardımlı rayon Gavran kənd tam orta məktəb;

6.Abdulova Ülviyyə-Abşeron r. Məmmədli kənd tam orta məktəb;

7.Qasımova Nuranə-Göygöl r.Üçtəpə kənd orta məktəb;

8.Rüstəmova Ülviyyə-Bakı ş. 318 saylı tam orta məktəb;

9.Səmədova Nərmin-Bakı ş.171 saylı tam orta məktəb

10.Qurbanova Gülnarə-İsmayıllır. 4 saylı tam orta məktəb;

11.Əmrahova Samirə-Cəlilabad r. 1 nömrəli tam orta məktəb;

12.Əliyeva Vüsalə-Bakı ş.112 saylı tam orta məktəb;

13.Məmmədov Zamin-Daşkəsən r. Zəylik kənd tam orta məktəb;

14.Mehdizadə Nigar-Bakı ş. 279 nömrəli tam orta məktəb;

15.İmamverdiyava Zöhrə- Bakı ş.149 saylı tam orta məktəb;

16.Camalzadə Leyla-Gəncə ş. 4 nömrəli xarici dillər təmayüllü məktəb lisey;

17.Əhmədov Orxan-İsmayıllı r. Qalınçaq kənd tam orta məktəb;

18.Xəlilova Gülçöhrə-Ucar ş. 3 nömrəli tam orta məktəb

19.Axundova Aynur-Qobustan r. Cəyirli kənd ümümi orta məktəb

20.Şükürova Aysel- Bakı ş. 85 N-li tam orta məktəb;

21.Hümbətov Şahmar- Cəlilabad r. Əliabad kənd ümumi orta məktəb;

22.Mehdiyev Tural- Cəlilabad r. İncilli kənd ümumi orta məktəb;

23.Quliyeva Səidə- Ucar r. Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbi;

24.Qarazadə Leyla- Lənkəran r. Jidi kənd ümumi orta məktəb;

25.İbrahimova Nigar- Bakı ş. 287 saylı Zəkalar Liseyi;

26.Şıxəlizadə Faiq- Lənkəran r. Türkəncil kənd ümumi orta məktəb;

27.Nəsirli Arzu-Abşeron r. 1 nömrəli tam orta məktəb;

28.Əliyeva Gülnisə- Ucar r. Bağman kənd tam orta məktəb;

29.İmanbəyli İradə-Masallı r. Dəmirçi kənd ümumi orta məktəb;

30.Şıxıyev Vasif-Şamaxı Avropa Liseyi;

31.Əbülfət Bahar- Yevlax rayonu, Bəylər Alıyev adına Salahlı kənd tam orta məktəb;

32.Məmmədov Rüfət- Ağdaş rayon Ovculu kənd ümumi orta məktəb;

33.Qarayeva Zəminə- Mingəçevir ş. 1 N-li tam orta məktəb;

34.Vəliyeva Günel - 192 nömrəli tam orta məktəb;

35.Qafarova Əfsanə- Abşeron r. Güzdək qəsəbə tam orta məktəb;

36.Cəlilova Şəfəq- Ağstafa r. Yaradullu kənd ümumi orta məktəb;

37.Qurbanova Səltənət- Göygöl r. Çaylı kənd tam orta məktəb;

38.Bayramova Günay- Gəncə ş. 18 nömrəli tam orta məktəb;

39.Behbudova Şəbnəm-Sumqayıt ş. 36 nömrəli tam orta məktəb;

40.Hüseynova İlahə-Qax rayonu Qaratala kənd tam orta məktəb

41.Əsgərova Cəmilə-Bakı ş.62 saylı məktəb-lisey;

42.Babayeva Elmirə-Bakı ş. 60 saylı orta məktəb;

43.Qismətli Şahyanə-M. Xezani adına musiqi təmayüllü internat tipli gimnaziya;

44.Kazımov Kamil-Lerik r. Vistən kənd tam orta məktəbi;

45.Qənbərova Şəlalə- Bakı ş.155 saylı tam orta məktəb;

46.Aslanova Könül- Bakı ş.100 saylı tam orta məktəb;

47.İsazadə Bəyazid- Bakı ş. 260 saylı tam orta məktəb;

48.Nuranə Əliyeva-Lənkəran ş. 7 nömrəli tam orta məktəb;

49.Zülfiyyə Nizamova-Ağdaş ş. 2 saylı tam orta məktəb;

 50.Nuriyeva Təranə-Bakı ş. 44 nömrəli tam orta məktəb