Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-20 13:51:00
Ötən il 4 minə yaxın müəllim müddətsiz əsaslarla işə qəbul olub

2022-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 002 namizəd müraciət edib, 54 804 namizəd müsabiqədə iştirak hüququ qazanıb.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, 7 gün ərzində 15 mərkəzdə təşkil olunan imtahanlarda 44 363 namizəd iştirak edib.

 


2022-ci təqvim ilində müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə 13 280 vakant yer elan edilib, 3 902 namizəd müddətsiz əsaslarla, 3 086 namizəd müddətli əsaslarla işə qəbul edilib. Əlavə yerləşdirmə zamanı isə 1 650 namizəd müddətli əsaslarla vakant yerlərə təyin olunub. Tədris ili ərzində əlavə yerləşdirmə davam etdiriləcək.