Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-19 10:53:00
Şagird sıxlığı tədrisin keyfiyyətinə necə təsir edir?-"Görünür nazir qərarla tanış deyil" 

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Emin Amrullayev qeyd edir ki, siniflərdə tələbə sıxılğının tədrisin keyfiyyətinə təsiri yoxdur. Görünür Emin müəllimin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli qərarı ilə tanış deyil"


Ötən günlərdə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Emin Amrullayev qeyd etdi ki, siniflərdə şagird  sıxlığının tədrisin keyfiyyətinə təsiri yoxdur.


AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli feysbuk səhifəsində payılaşıb

 

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Emin Amrullayev qeyd edir ki, siniflərdə tələbə sıxılğının tədrisin keyfiyyətinə təsiri yoxdur. Görünür Emin müəllimin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli qərarı ilə tanış deyil.

 

Qərarın 5-ci maddəsində deyilir Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. https://e-qanun.az/framework/45253  

 

Ekspert qanunla məsləyə aydınlıq gətirib:

 

"Bizdə isə rəqəmlər necədir? İki övladım ümumtəhsil müəssisəsində 34 şagird sayından ibarət siniflərdə təhsil alır.

Cənab Nazirin Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarından xəbəri yoxdur. ( https://e-qanun.az/framework/24095#_ednref18 )


Belə ki, 2.3.1.maddədə deyilir: Sinif otaqlarının sahəsi şagirdlərin sayından asılı olaraq 28- 48 m 2 olmaqla təşkil edilir.


"Digər maddədə 2.3.12. Dərslər siniflərdə üzbəüz formasında keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0- 2,5 m 2 , qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 2,5- 3,0 m2 sahə ilə hesablanır.


Bu nə deməkdir? maksimum 48 m 2 götürsək hər tələbəyə 2-2.5 m2 yer düşməli hər sinifdə 20 şagird ola bilər. Cənablar mütaliə təhlil etmək lazımdır! Mən bu sahəni araşdıranda başa düşdüm ki, elə ümumitəhsil də ali təhsilin günündədir". - deyə o, bildirib.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları