Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-19 11:23:00
“Məktəblərdəki Musiqi fənnini valideynlər gözdən salır”-MÜƏLLİMDƏN ETİRAZ  

“Elm və təhsil taziri tərəfindən orta məktəb şagirdləri üçün musiqi yarışları keçirilməlidir”-Təklif

 

“Orta məktəblərdə musiqi müəllimi çatışmazlığı müşahidə olunur”-Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

Bəs şagirdlərimizin gələcəkdə musiqi ixtisasına yiyələnməsi üçün hansı işlər görə bilərik?

 

Mövzu ilə bağlı 57 nömrəli məktəbin musiqi müəllimi, peşəkar  arfa ifaçısı Pərvin Əşari AzEdu.az-a açıqlamasında musiqi fənni üzrə mütəxəssislərin sayını artırmaq istəyiriksə, bu fənnə xüsusi önəm verməli olduğumuzu bildirdi:

 

“Günümüzdə musiqi fənnini lazımsız hesab edən insanlar çoxluq təşkil edir. Ədəbiyyat, tarix ilə bağlı yarışmalar yetərincə var, bundan əlavə, musiqi ilə bağlı yarışmalar olarsa, bu musiqi isdedadı olan uşaqlarımız tərəfindən maraq ilə qarşılanar. Bizim musiqi isdedadı olan çox sayda şagirdimiz var. Elm və təhsil naziri tərəfindən orta məktəb şagirdləri üçün musiqi yarışlarının keçirilməsi yaxşı olar. Buna misal olaraq məktəblərdə Şuşa ilinə həsr olunmuş musiqi yarışını göstə bilərik.

Biz öz tədris metodlarımızdan əlavə olaraq şagirdlər arasında bu fənnin daha maraqlı və keyfiyyətli tədrisi ilə bağlı sorğu keçirməliyik”.

 

P.Əşari musiqi fənnini  gözdən salanların şagirdlər yox valideynlər olduğunu bildirdi:

 

“İnsanlar arasında musiqi fənninin lazımsız olduğunu düşünənlər var. Onlar bu predmetin necə dəyərli olduğunu anlamaqda çətinlik çəkirlər. Musiqinin müharibə  və ya digər başqa situasiyalarda bizi ruhlandırdığının, həvəs yaratdığının şahidiyik. Şagirdlərin musiqidən  gözləntiləri çoxdur. Məktəblərdə musiqi alətləri görmək istəyirlər. Biz onlara bu alətləri foto formasında göstərsək belə, canlı olaraq görə bilmirlər. Musiqi alətləri muzeylərinə ekskursiyalarin təşkili, musiqi konsertlərinin təşkili şagirdlərin gələcəkdə bu sahəyə yiyələnməsi üçün onlarda maraq oyada bilər”.

 

“6-7-ci sinif şagirdləri arasında sorğu keçirdiyimiz zaman onların musiqi kitablarında “Xudayar təsnifi”, “İgid əsgər”, “Cənab leytenant” kimi musiqilərin dərsliklərdə nəşr olunmasını istəkilərinin şahidi oluruq. Yaşları az olsa belə onların fikirlərinə önəm versək daha yaxşı olar”.