Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 17:01:00
AzTU müəlliminin hazırladığı mobil tətbiq “Aqrar Startaplar Forumu”nda nümayiş olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” KA2 proqramının “UniClad” layihəsi çərçivəsində hazırlanan “Yem kalkulyatoru” mobil tətbiqi “Aqrar Startaplar Forumu”nda təqdim edilib.  

 

AzEdu.az xəbər verir ki, forumda qeyd olunub ki, “Yem kalkulayatoru” mobil tətbiqi “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində AzTU-da yaradılmış İnnovativ Texnologiyalar Mərkəzində pilot layihə olaraq işlənib. Pilot layihə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi və Aqrar İnnovasiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. 

 

Forumda AzTU-nu layihənin proqram təminatını işləyib-hazırlayan Mühəndis riyaziyyatı və suni intellekt kafedrasının baş müəllimi Natiq Qurbanov təmsil edib. O, mobil tətbiqin “Google Play” üzərindən əlçatan olduğunu bildirib.

 

Qeyd edək ki, “Aqrar Startaplar Forumu” ölkədə innovativ həllərin tətbiqinin genişləndirilməsi məqsədilə təşkil olunub.