Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 16:08:00
Tədris ili bitməmiş keçirilən imtahanlar nəticələrə necə təsir göstərəcək?-“Şagirdlərin hələ vaxtı var”

 

“İmtahan tarixlərinə nəzər saldıqda əvvəlki illərlə müqayisədə ciddi bir dəyişiklik müşahidə edilmir”.

 

2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının tarixləri açıqlanıb.

 

Mövzu ilə bağlı qəbul məsələləri üzrə mütəxəsis Sevinc Purkeştasib AzEdu.az-a açıqlamasında imtahan tarixləri və şagirdlərin proqram üzrə hazırlığının yetərliliyinə diqqət çəkib:

 

“Artıq marafonun sonuna doğru yaxınlaşırıq. İmtahanların yanvar ayında keçiriləcəyi barədə doğru olmayan fikirlər var idi. Bunun tamamilə yanlış bir fikir olmasının səbəbi isə yanvar ayının sonuna kimi şagirdlərin elektron yerdəyişməsinin həyata keçirilməsidir. Hazırda universitetdə oxuyub, transfer olmaq istəyən tələbələrdən müraciətlər daxil olmaqdadır. Onların transfer tarixi 1-9 fevral aralığına təsadüf edəcək. 9 və 11-ci sinif buraxılış imtahanı tarixinə nəzər saldıqda əvvəlki illər ilə müqayisədə ciddi bir dəyişiklik görünmür. Abituriyentlərin bu zamana kimi imtahan materiallarını tam qavradıqlarını düşünürəm. Özünü hazır hiss etməyən, dərs proqramını tam mənimsəməyən abituriyentlərə isə tövsiyə edirəm ki, heç nə üçün gec deyil, bundan sonra qəbul proqramını orta səviyədə mənimsəmək üçün yetərli zamanları var”.

 

Mütəxəssis imtahanların yaz aylarında keçirilməsinə şagird və valideynlərin münasibətindən danışıb:

 

“İlk olaraq imtahan tarixinin  yaz ayına təsadüf etməsi abituriyentlər və valideynlər arasında çaşqılığa səbəb olurdu. Biz artıq buna alışmışıq. Bu zaman ərzində hazırlıq kursları və repititorlar qəbul proqramını yanvar ayına kimi bitirib, təkrar etmək imkanı qazanır. Bununla yanaşı DİM 9-cu siniflərin buraxılış imtahanında xarici dil fənni üzrə bəzi dəşikliklər etməyi nəzərdə tutmuşdu, bu fikir hazırda qüvvədədir. Dəyişikliklər hazırki 9-cu sinif şagirdləri üçün cari il, 11- ci siniflər üçün isə növbəti tədris ilinə nəzərdə tutulurdu. Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil  Nazirinin birgə qərarına əsasən, bu dəyişiklərin hər biri növbəti tədris ilinə təxirə salındı. Bu da abituriyentin imtahana daha yaxşı hazırlaşması üçün şərait yaradır”.