Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 14:18:00
Dövlət bağçalarında kişi müdir yoxdur

Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin cins bölgüsü açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

 

Qeyd olunub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində 1688 müdir var. Lakin onlar arasında kişi müdir yoxdur. Qeyri-dövlət bağçaları üzrə 136 müdirdən isə cəmi 12-si kişidir. Beləliklə, ümumilikdə 1812 bağça müdiri arasında 12 nəfər kişi rəhbər şəxs var.

 

Apa.az