Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 12:36:00
"Valideyn və müəllimlərin birgə fəaliyyəti yalnız uğura aparan yol ola bilər"-Mehriban Vəliyeva   
"İnsanın inkişafının yeniyetməlik dövrü (11-19 yaş), uşaqlıqdan yetişkənliyə doğru inkşaf mərhələsi ən mürəkkəb mərhələdir. Bu, insanın özünüdərki, ətraf aləmlə, cəmiyyət üzvləri ilə bağlarının formalaşdığı bir mərhələdir. Özünütəsdiq, etiraz, qəbullanmama, fərqli davranış nümayiş etdirmə kimi xaotik, mürəkkəb proseslər əsasən məktəb dövrünə təsadüf edir. Məktəb bu proseslərin tənzimləndiyi, korreksiya olunduğu məkandır. Həmin dönəmdə təhsil iştirakçıları olan valideyn və müəllimlərin birgə fəaliyyəti yalnız uğura aparan yol ola bilər".
 
 
AzEdu.az xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva  feysbuk  səhifəsində yazıb:
 
 
"Unutmamalıyıq ki, nəsil təsnifatı baxımından hazırda cəmiyyətdə 3-4 nəsil bir aradadır. X və Y nəsli kimi təsnif edilən müəllim və valideynlərin yeni gələn - azadlığı, sərbəstliyi, realistliyi, materialistliyi ilə seçilən Z nəslini doğru idarə etməsi və yönləndirməsi üçün, ilk növbədə, onları tanımalı və yeni yanaşmaları öyrənməlidirlər. Dünyanı təkcə ailədən, məktəbdən və cəmiyyətdən deyil, daha çox virtual məkandan alıb dərk etməyə çalışan Z nəsli X və Y nəslindən daha çox qloballaşma ilə üz-üzədir. Müxtəlif mədəniyyətlər, dəyərlər axını yeni baxış və dəyərlər formalaşdırır. Belə xaotik vəziyyətin tənzimlənməsi isə qaydalar, qanunlarla mümkündür.
 
Yeni nəsil bizdən diqqət və ünsiyyət istəyir
 
 
Müxtəlif informasiya axınları uşaqların yetişməsinə fərqli təsirlər də yarada bilir. Bu səbəbdən cəmiyyət olaraq hamımız gəncliyin inkişafına cavabdehlik daşıyaraq hər zaman istər valideyn, istərsə də müəllim olaraq dostcasına izah etməli, nəyin pis, nəyin yaxşı olduğunu aydınlaşdırmalı, ən əsası isə nümunə olmalıyıq. Yeni nəsil bizdən diqqət və ünsiyyət istəyir. Bu istək mürəkkəb informasiya axınları dövrünün çətinliyindən qaynaqlanır".
Gülcahan Məmmədova
Müəllifin digər yazıları