Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 09:13:00
“Buraxılış imtahanı verdikdən sonra məktəbə getməyin hüquqi baxımdan əhəmiyyəti yoxdur”-Kamran Əsədov

 

“Şagirdlərin buraxılış imtahanı verdikdən sonra məktəbə getməsinin hüquqi baxımdan əhəmiyyəti yoxdur. Çünki onlar artıq məktəbi bitirmiş hesab olunurlar”.

 

2023-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb. Məlumata əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart tarixlərində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə zonalar üzrə 9, 16 və 30 aprel tarixlərində təşkil ediləcək.

 

Tarixlər açıqlandıqdan sonra şəbəkələrdə bəzi abituriyentlər və valideynlər imtahan tarixləri ilə bağlı narazılıqlarını bildiriblər.

 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında

 

 

“Buraxılış imtahanlarının mart ayında keçirilməsi ümumiyyətlə doğru deyil. İlk olaraq 11-ci sinifdə təhsil alan şagird qəbul və buraxılış imtahanına məktəbdə əldə etdiklərilə deyil, repetitor yanında öyrəndikləri biliklər əsasında gedir. Məlumdur ki, tədris proqram məktəblərdə mart ayında başa çatmır. 2008-ci ildən ölkədə tətbiq edilən kurikulum məzmun standartlarına baxsaq, görərik ki, tədris ilinin sonunda  bu biliklər formalaşmır. Bu da o deməkdir ki, DİM şagirdlərin təfəkkürünü yox,  yaddaşlarını yoxlayır. Bilikyönümlü təhsilə keçməyimizə baxmayaraq, əzbərçiliyi özündə əks etdirən bir imtahan modelindən istifadə edirik. Əslində şagird bu imtahanı verməklə buraxılmış hesab edilməlidir. Hesab edirəm ki, bu ciddi bir səhvdir. Şagirdlərin buraxılış imtahanı verdikdən sonra məktəbə getməsinin hüquqi baxımdan əhəmiyyəti yoxdur. Çünki, onlar artıq məktəbi bitirmiş hesab olunurlar. İmtahanın mart ayında keçirilməsinin əsas yalnış tərəfi budur”.

 

Eksperi ümumilikdə imtahan modelində dəyişiklik edilməli olduğunu bildirib:

 

“Mart ayında V qrup üzrə hazırlaşıb imtahan verən abituriyent, imtahan nəticəsini altı aydan sonra öyrənə bilir. Çünki, qabiliyyət imtahanı verən şəxslər avqust ayında nəticələri öyrənmiş olacaq. Yəni bu abituriyentlər mart ayında imtahan verib imtahan nəticələrini bilmək üçün 6-7 ay gözləməli olurlar. Bu isə doğru yanaşma deyil. Hesab edirəm ki, imtahan modelində dəyişiklik edilməlidir".

 

K.Əsədov buraxılış imtahanlarının may ayında keçirilməsinin daha ədalətli olduğunu bildirib:

 

“İmtahan cavablarının gec çıxmasının əsas səbəbi situasiya tipli suallardır. Şagird  bu sualları yazılı şəkildə cavablandırır. Sözügedən sualları yoxlamaq isə kifayət qədər vaxt itkisinə gəririb çıxarır. Hesab edirəmki, imtahanlar may ayında olarsa, bu daha ədalətli olar. Məktəblərdə təhlil aparılanda görünür ki, mart ayından sonra təhsil müəssisələrində davamiyyət ciddi şəkildə aşağı düşür. Şagirdlərə ikinci yarımillikdə "2" alsalar belə attestat veriləcək və onlar təhsillərinə davam edəcəklər. Məhz buraxılış imtahanın mart ayında keçirilməsi təhsilə olan marağı aşağı salır”.

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları