Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 20:33:00
Gənc mikrobioloq alim mükafatlandırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun “Mikrobioloji texnologiya” laboratoriyasının müdiri Könül Baxşəliyeva mikrobiologiya elminin inkişafına verdiyi töhfələrə görə Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, K.Baxşəliyeva mikrobiologiya elminə həsr olunmuş 100-dək elmi əsərin müəllifidir. Onun əsərləri ABŞ, Rusiya, Portuqaliya, Avstriya, Cənubi Afrika, Hindistan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Çexiya və s. kimi ölkələrdə çap olunan jurnallarda dərc edilib. Bu nəşrlərin arasında “Web of Sciense” bazasına daxil olan jurnallar da kifayət qədərdir.

 

K.Baxşəliyeva qrant müsabiqələrində də fəal iştirak edir. Belə ki, o, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün Gənc Alim və Mütəxəssislərin 2-ci qrant müsabiqəsinin qalibi olub. Həmçinin gənc alim AMEA-nın innovativ layihələr üzrə təqdim etdiyi qrant proqramında Mikrobiologiya İnstitutunun qalibi olduğu layihənin icraçılarından biridir.