Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-14 11:34:00
Əvvəlki illərin məzunları nə zaman imtahan verəcəklər?-DİQQƏT

 

2023-cü ildə keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, rezidentura və magistraturaya qəbul, həmçinin sınaq imtahanlarının tarixləri elan olunub.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Məlumata əsasən, əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 2 aprel tarixində keçiriləcək.

 

Əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı isə 14 may tarixində baş tutacaq.