Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-13 12:35:00
Bakı-Quba yolunda müəllimlər qəzaya düşüblər-1 müəllim həyatını itirib+VİDEO

 

“Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər. Qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib”.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

 

Nazirlik rəsmisi xəsarət alan müəllimlərin vəziyyətini nəzərə çatdırıb:

 

“Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.  Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi adından dünyasını dəyişmiş müəllimimizə Allahdan rəhmət, yaxınlarına səbr, xəsarət alan müəllimlərimizə isə şəfa diləyirik!”

 

VİDEO

https://www.youtube.com/watch?v=QE52rWfMmc8