Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 15:46:00
9-cu sinif buraxılış imtahanının nəticəsi qəbul zamanı nəzərə alınmalıdır”-TƏKLİF

Hər il IX və XI  buraxılış sinifləri üçün keçirilən buraxılış imtahanı sonrası şagirdlər və valideynlər arasında müxtəlif narazılıqlar  müşahidə olunur. Kimisi imtahan prosesinin təşkilindən, kimisi imtahan suallarının ağırlığından, kimisi isə imtahan zamanı  texniki avadanlıqlardakı problemlərdən şikayətçidir.

 

Bəs buraxılış imtahanlarının təşkili ilə bağlı hansı yeniliklər edilməlidir? İmtahan prosesi zamanı diqqət olunmalı məsələlər hansılardır?

 

Təhsil jurnalisti Niyazi Şərifsoy mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında buraxılış imtahanlarının təkminləşdirilməsi istiqamətində zamanın tələblərinə uyğun yeniliklərə ehtiyac olduğunu vurğulayıb:

 

“Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi ölkəmizdə təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanlarında şagirdlərin intellektual, İQ səviyyəsini, rəqəmsal bilik və bacarıqlarını müəyyən edən sadə test tapşırıqları olmasını məqsədəuyğun hesab edirəm. 11-ci sinifin buraxılış imtahanlarına gəldikdə isə düşünürəm ki, heç olmasa 10 sualdan ibarət məntiq testlərinin olmasını vacibdir. Məntiq testlərinin buraxılış imtahanlarına salınması dünya təcrübəsində də, mövcuddur. Digər tərəfdən isə 9-cu sinif buraxılış imtahanlarının nəticələrinin də 11-ci sinif buraxılış imtahanlarında olduğu kimi ali məktəbə qəbul zamanı müəyyən bal əmsalı ilə qiymətləndirilməsinin tərəfdarıyam. Düşünürəm ki, bu proses şagirdin hələ aşağı sinifdə oxuyarkən məsuliyyəti daha da artıracaq”.

 

İngilis dili üzrə mütəxəsis Məhəmməd Qarakişiyev AzEdu.az-a açıqlamasında buraxılış imtahanlarında zəruri hesab edilən dəyişikliklərdən söz açıb:

 

“Buraxılış imtahanı ilə bağlı bəzi yeniliklərin olması şərtdir. Dinləmə və oxuyub-anlama bacarığı tələb edən suallar mətinin gedişinə uyğun olaraq tərtibedilməlidir. Sualların IELTS və TOEFL imtahanlarında olduğu kimi tərtibi arzuolunandır. İmtahan zamanı mətn verilir, mətndəki cümlə ardıcıllığına uyğun olaraq suallar tərtib edilir. Bizdə bu bir qədər fərqlidir, imtahan sualları mətinin ardıcıllığına uyğun olmadığı üçün abituriyentlər çətinliklə üzləşirlər. Xüsusi olaraq bu problem dinləmə mətinlərində özünü göstərir”.

 

Mütəxəsis imtahan prosesi zamanı texniki avadanlıqlarda olan problemlərə diqqət çəkib:

 

"Abituriyentlər əsasən, imtahan zamanı baş verən texniki problemlərdən şikayətçidirlər. Belə ki, dinləmə mətinləri üçün nəzərdə tutulan qurğularda problemlər müşahidə olunduğu üçün abituriyent mətini aydın formada dinləyə bilmir və sualları cavablandırmaqda çətinlik çəkir. Bundan əlavə, imtahan prosesi zamanı zalda sakitlik rejiminin pozulması kimi halları müşahidə olunur ki, buda abituriyentlərin diqqətinin yayınmasına və sualları səhv cavablanmasına gətirib çıxarır. Bu kimi problemlər aradan qaldırılarsa, imtahan prosesi daha şəffaf formada həyata keçirilər”.