Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 16:15:00
ADNSU-da “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfrans işinə başlayıb

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Universitetdən AzEdu.az–a verilən məlumata görəkonfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, “Rusatom-beynəlxalq şəbəkə”sinin prezidenti Aleksandr Merten, NATO Parlament Assambleyasında Türkiyənin Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, “Schneider Elektrik” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemir və başqaları iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq konfransın məqsədinin energetika sahəsində tanınmış alimlərlə müzakirələr aparmaq, müvafiq istiqamətdə müəyyən problemlərin həlli yollarını tapmaq olduğunu qeyd edib. Energetika sahəsinə dövlət qayğısından danışan rektor, prof. Mustafa Babanlı bu sahənin daim cənab prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib. Daha sonra rektor Mustafa Babanlı energetika sahəsində universitetdə həyata keçirilən kadr hazırlığından danışıb. ADNSU-nun bu sahə üzrə ölkədə ən çox mütəxəssis yetişdirən ali məktəb olduğunu deyən rektor Mustafa Babanlı Azərbaycanda fəaliyyət göstərən bir neçə müəssisə ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Sonra Azərbaycanda energetika sahəsinin inkişafı ilə bağlı film nümayiş olunub.

Konfrans iştirakçılarını Təhsil naziri Ceyhun Bayramovun adından salamlayan nazir müavini Məhəbbət Vəliyeva tədbirin əhəmiyyətini qeyd edib. ADNSU-nun digər istiqamətlərdə olduğu kimi energetika sahəsində də mühüm işlər gördüyünü deyən nazir müavini universitetdə yetişdirilən kadrların bu sahəyə verdiyi töhfələrdən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində energetika sahəsinin inkişaf etdiyini qeyd edən M.Vəliyeva bu konfransın ekologiyanın çirklənməsinin qarşısının alınması, alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə və s. öz töhfəsini verəcəyinə inandığını bildirib.

Konfransda çıxış edən NATO Parlament Assambleyasında Türkiyənin Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak Azərbaycan və Türkiyə arasında həyata keçirilən enerji layihələrindən danışıb.

“Rusatom-beynəlxalq şəbəkə”sinin prezidenti Aleksandr Merten Atom energetikasında təhlükəsizliyin təmin olunması haqqında təqdimatla çıxış edib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev tədbirin əhəmiyyətini qeyd edib və ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Konfransa həmçinin, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, “Schneider Elektrik” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemir, Qazi Universitetinin professoru Cengiz Taplamacioğlu və digər qonaqlar da müxtəlif mövzularda çıxış ediblər.

Konfrans panel iclaslarla davam edib.

İki gün davam edəcək konfransda “Müasir energetikanın problemləri”, “Bərpa olunan enerji mənbələri”, “Nüvə energetikası” bölmələri üzrə müzakirələr aparılacaq.