Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-09 09:38:00
"Valideyn komitələri məktəbdə pul yığımını həyata keçirən gizli qurumlardı"-TƏNQİD

 

"Valideyn komitələri məktəbdə pul yığımını həyata keçirən gizli qurumlardı" -TƏNQİD

 

Bu gün demək olar ki, bütün məktəblərdə  valideyn komitələri ya yoxdur, ya da formaı fəaliyyət göstərir. Ümumiyyətlə, hazırda onlara nə dərəcədə  ehtiyacımız var? Onlar öz vəzifəsindən düzgün istifadə edə bilirmi?

 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı AzEdu.az-a açıqlaması zamanı hazırda məktəblərdə fəaliyyət göstərən valideyn komitələrinin hüquqi əsası olmayan, məktəb yalnız pul yığımını həyata keçirən gizli bir qurum olduğunu vurğuladı:

 

“Hazırda ölkədə 4432 orta təhsil müəssisəsi fəaliyyət göstərir. Təssüf  ki, şagird-müəllim, müəllim-məktəb və valideyin münasibətinin eyni olması üçün Dünya Bankının bizə təqdim etdiyi assosiasiyanı yarada bilmədik.  Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Uzun illər ərzində təhsil sistemində formalaşan korrupsiya, rüşvət və idarəetmə ilə bağlı boşluqlar, müəllim-valideyn assosiasiyasının tam formalaşmasına imkan vermədi.”

 

Mövcud qanuna əsasən məktəblərdə heç bir komitə yaradıla bilməz:

 

“Bəzi məktəblərdə qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçən nümayəndələr var. Əvvəllər müəllimlər, müəllimlər günü, məktəb təmiri və digər səbəblər ilə bağlı pul yığımını özləri həyata keçirirdilər, indi o prosesi whatsapp qrupundan ibarət olan valideyn komitəsi həyata keçirir. Bu komitə  üzvləri məktəblərdə təşkil edilən tədbirlərin qeyri-rəsmi təşkilatçısıdır. Valideyn komitəsinin üzvləri iclas zamanı komitə nümayəndələri tərəfindən seçilməlidir, lakin bizdə daha aktiv olan, müəllimə daha yaxın olan valideynlər sırasından seçilir.

 

Onların fəaliyyət sistemi təhsil keyfiyyətinin artmasına və ya hansısa problemin həllini yönəlməyib”-deyə, ekspert bildirib.