Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-08 17:21:00
Tarix fənni üzrə növbəti məşğələ keçirilib

Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kursu həm əyani, həm də onlayn ­­formada keçirilib.

 

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Moderator – Hafiz Cabbarov respublikanın təhsil sistemində tətbiq edilən milli və beynəlxalq qiymətləndirmə haqqında və imtahanlarda istifadə edilən tapşırıq tipləri barədə təqdimatla çıxış edib.

 

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Hazırlıq kursunun üçüncü məşğələsi növbəti həftə keçiriləcək.