Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-08 11:14:00
Bağçalarla bağlı ən çox verilən suallar-Qaranlıq qalan məsələlərin CAVABI

Uşaqların bağçaya qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə (bağçalara) elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.  Valideynlərin əksəriyyəti övladlarını bağçalara qəbul olmamasından  şikayətlənir.

 

Bağçalarla bağlı ən çox verilən suallara cavabı  AzEdu.az təqdim edir:

 

Sual: Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?


Cavab: Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Sual: Məktəbəqədər təhsil müəssisələrinə hansı uşaqlar qəbul edilir?


Cavab: Məktəbəqədər təhsil müəssisələrinə məktəbəqədər təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan 1 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər. Yaşayış ərazisindəki məktəbəqədər təhsil müəssisəsində uşağın yaşına uyğun qrup və yer olmadığı halda uşaqlar digər məktəbəqədər təhsil müəssisəsinə qəbul edilə bilər.

 

Sual: Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron sənəd qəbulu hansı müddətlərdə həyata keçirilir?
Cavab: Uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesi iyulun 22-dən başlayıb, sentyabrın 14-də qrupların komplektləşdirilməsi səbəbi ilə müvəqqəti dayandırımışdır. Qrupların komplektləşdirilməsi prosesi bitdikdən sonra elektron qəbul sistemi yenidən aktiv olmağa başlayıb və ilboyu boş yerlərə qəbul aparılacaqdır. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbəqədər təhsil müəsisəsinə təqdim olunma müddəti uşağın sorğusu qəbul edildikdən sonra 15 iş günü ərzində həyata keçirilir.


Sual: Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılan uşaqların qəbulu necə həyata keçirilir?


Cavab: Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi 1 (bir) ay müddətində həyata keçirilir. Sistem göstərilən müddət ərzində prioriteti olan uşaqların növbələrini sorğuya çevirir. Növbəti mərhələdə boş qalan yerlərə prioritetsiz (üstünlüyü olmayanlar) uşaqların yerləşdirilməsi təmin olunur.


Sual: Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı?
Cavab: Xeyr, məktəbəqədər təhsil müəssisələrində təhsil icbari xarakter daşımır.

 

Sual: Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.

 

Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?
Cavab: Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.

 

Sual: Məktəbəqədər təhsil müəssisələrində təhsil ödənişlidirmi?
Cavab: Məktəbəqədər təhsil müəssisələrində təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

 

Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrindən istifadə edə bilər?
Cavab: Mobil telefon və elektron poçt ünvanı.

 

Sual: Məktəbəqədər təhsil müəssisələrinin seçimi hansı qaydada aparılır?
Cavab: Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbəqədər təhsil müəssisəsinə növbəyə yazılmalıdır.

 

Sual: Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı hansı prioritetlər nəzərə alınır?

Cavab: Məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

 

1. şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;
2. tək işləyən valideynlərin övladları;
3. I və II qrup əlillərin övladları;
4. hərbi xidmətdə olan valideynlərin övladları;
5. təhsilalan anaların övladları;
6. çoxuşaqlı ailələrdən olan uşaqlar;
7. qəyyumluqda olan uşaqlar.

 

Sual: Tədris digər dilllərdə aparılan bölmə üzrə məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu necə həyata keçirilir?
Cavab: Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni və müəssisəni seçərək növbəyə yazıla bilər.

 

Sual: Elektron qeydiyyat zamanı bir neçə məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündürmü?

Cavab: Bəli. Valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə uşağın digər məktəbəqədər təhsil müəssisələrinə olan növbələri silinəcəkdir.

 

Sual: Valideyn məktəbəqədər təhsil müəssisəsini seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?
Cavab: Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib digər seçdiyi məktəbəqədər təhsil müəssisəsinə növbəyə yazıla bilər.

 

Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəbəqədər təhsil müəssisəsi seçimi edə bilməz?
Cavab: Valideyn məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəbəqədər təhsil müəssisəsi seçimi edə bilər.

 

Sual: Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?
Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəqədər təhsil müəssisələrinənuşaqların qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U)) məktəbəqədər təhsil müəssisəsinə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.

 

Sual: Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəqədər təhsil müəssisəsinə qəbul üçün aşağıdakı sənədləri məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir:


· şəxsi kabinetdən çap olunmuş elektron ərizə;
· valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edənsənədin surəti;
· uşaqların mübadilə vərəqəsi;
· uşağın şəxsiyyət vəsiqəsinin surəti;
· uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
· uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.

 

 

Sual: Uşaq hansı halda məktəbəqədər təhsil müəssisəsinə qəbuln olunmaya bilər?
Cavab: İlk növbədə, məsul şəxs https://bq.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul olunmaya bilər.

 

Sual: Məktəbəqədər təhsil müəssisələrinə qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?
Cavab:


• Sual (məlumat) xarakterli müraciətləri Təhsil Nazirliyinin rəsmi “Whatsapp” (994512067848) xidmətinə yazmaqla və ya Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələri ilə bağlı (146-1); ümumi qeydiyyat məsələləri ilə bağlı Çağrı Mərkəzinə (146- 6) zəng etməklə;


• Elektron (yazılı) müraciətləri (təklif, ərizə, şikayət) PORTAL.EDU.AZ platformasında qeydiyyatdan keçərək “Vətəndaş müraciətləri” bölməsindən şəxsi kabinet vasitəsilə Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərməklə;


• Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə (Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 5) yaxınlaşmaqla;


• Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə (siyahı təqdim olunacaq);  5 saylı Bakı “ASAN xidmət” mərkəzinə; 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə;

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları