Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-08 09:52:00
Riyaziyyat fənnindən beynəlxalq olimpiadalara hazırlıq dərsləri keçirilir  

Hazırlıq dərslərinə aşağı yaş qrupu üzrə əvvəlki tədris ilində Respublika Fənn Müsabiqəsinin riyaziyyat fənninin qalibləri, yuxarı yaş qrupu üzrə isə seçmə imtahanından uğurlu nəticə göstərən Respublika Fənn Olimpiadalarının final turuna vəsiqə qazanan şagirdlər dəvət olunublar.

 

AzEdu.az xəbər verir ki, dərslər həm onlayn, həm də ənənəvi üsulla Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə tədris olunur.