Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-07 14:41:00
“Çox yaxın zamanlarda orta məktəb proqramına Məntiq fənni əlavə ediləcək”-PROQNOZ

"Birmənalı olaraq, Məntiq fənni orta məktəbdə tədris edilməlidir. Əgər həyatımızın hər anında məntiqə ciddi ehtiyac varsa, niyə orta məktəb proqramında tədris edilməsin ki?!"

 

Bu sözləri Azedu.az-a  açıqlamasında Məntiq müəllimi Etibar Lətifli deyib. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi də bu yöndə nələrsə edir və etməlidir:

 

“Kenquru kimi beynəlxalq olimpiadalardan tutmuş (hansı ki, 2-ci sinif və yuxarı yaş həddləri iştirak edir) bir çox olimpiadalarda, liseylərə qəbul proqramında, magistratura, işə qəbul və s-də bu gün Məntiqdən suallar təqdim olunur. Əgər həyatımızın hər anında buna ciddi ehtiyac varsa, niyə orta məktəb proqramında tədris edilməsin ki?!

 

“Zənnimcə, çox yaxın zamanlarda orta məktəb proqramına bu fənn daxil ediləcək. Sözsüz ki, faydasını çox görmüş olacağıq".

 

 

"Zənnimcə, çox yaxın zamanlarda orta məktəb proqramına bu fənn daxil ediləcək. Və sözsüz ki, faydasını çox görmüş olacağıq.

 

Bu gün, xüsusən şəhər məktəblərində təhsil alan şagirdlərin 60-70% -i  repititor vasitəsilə məntiq fənnini öyrənir. Çünki dövr bunu tələb edir, biz buna məcburuq".

 

E.Lətifli  fənnin  orta məktəblərdə keçirilməsinin vacibliyini səbəblərindən danışdıb:

 

"Bir müəllim kimi bunu da qeyd edim ki, istər magistraturaya, istərsə işə qəbul imtahanlarına hazırlaşan yuxarı yaş həddinin nümayəndələri ilə müqayisədə aşağı yaş həddində olan məktəblilər məntiqi daha asanlıqla qavraya bilirlər. Bu da o deməkdir ki, hər şey vaxtında daha gözəldir. Zamanında öyrədilsə sonra çətinliklər olmaz. Sonradan məntiq öyrənməyə başlayanlar ciddi şəkildə əziyyət çəkirlər"- deyə o fikirlərini tamamlayıb.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları