Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-07 14:28:00
DİM-də TOEFL iBT imtahanı keçirilib

2022-ci il dekabrın 7-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 8 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

 

Növbəti TOEFL iBT imtahanının 10 dekabr 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/