Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-07 13:49:00
İNNAB Karyera Mərkəzinin mütəxəssisləri ADNSU-da master-klass keçiblər

Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən master-klass keçirilib.

 

AzEdu.az xəbər verir ki, ADNSU-da keçirilən görüşdə İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova tələbələrə mərkəz və yeni layihələri haqqında məlumat verib. Mərkəzin Ofis proqramları üzrə təlimçisi, proqramçı Tural Daşdəmirov isə iş təcrübəsi haqqında geniş məlumat verib, Excel proqramının iş mexanizmindəki vacibliyindən danışıb. Eyni zamanda T.Daşdəmirov iş müsahibəsi zamanı diqqət edilməli olan vacib məqamlar haqqında da danışıb.

 

Maraqla keçirilən və sual-cavabla bitən master-klassda İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin tələbəsi Feyzullayeva Əsmər Fazil qızı Excel proqramı üzrə 50 faiz endirimlə kurs qazanıb.