Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-07 13:23:00
Əfqanıstanda qız şagirdlər buraxılış imtahanı verə biləcəklər-Talibandan QƏRAR

 

Əfqanıstanda qız şagirdlərə orta məktəbdə buraxılış imtahanı verməyə şərait yaradılacaq. Bunun bağlı Taliban hökumətinin rəsmisi məlumat verib.

 

AzEdu.az xəbər verir ki, Taliban Təhsil Nazirliyinin açıqladığı qərara əsasən, imtahanlar ölkənin 34 əyalətində 31-də, qış tətilinin başladığı müddətdə keçiriləcək.

 

Kabil təhsil şöbəsinin müdiri Ehsanullah Kitab imtahanların çərşənbə günü olacağını bildirib. O, başqa təfərrüatları açıqlamayıb, həmçinin neçə yeniyetmə qızın imtahan verə biləcəyi də bəlli deyildi.

 

Kabil təhsil idarəsindən verilən sənədlərdən birində imtahanların səhər saat 10:00-dan 13:00-a kimi davam edəcəyi qeyd edilib. Sentyabrda vəzifəyə başlayan təhsil naziri Həbibullah Ağanın imzaladığı ikinci sənəddə isə imtahanların Əfqanıstanın 31 vilayətində keçiriləcəyi yazılıb.

 

İstisna edilən üç əyalətin - Qəndəhar, Helmand və Nimrozun tədris ili üçün fərqli cədvəlinin olduğu və orta məktəbi bitirmə imtahanlarının adətən daha sonra keçirildiyi söylənib.

 

Qeyd edək ki,Taliban hökumətinin nəzarəti altında son bir ildə əfqan qızlarının sinif otaqlarında dərs keçmələri qadağan edilib. Şagirdlərin əksəriyyəti də dərslərdən uzaqlaşdırıldıqdan uzun müddət sonra imtahan qərarının verilməsindən narazı olduqlarını, amma səs çıxara bilmədiklərini qeyd ediblər.