Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 17:42:00
Qəbul imtahanında istifadə edilmiş tapşırıqlar müzakirə olunub

Dövlət İmtahan Mərkəzində 6 dekabr 2022-ci il tarixində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda gündəlik məsələ 2022-сi ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

Müzakirə zamanı 8 tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb. 

 

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Növbəti həftə müzakirə davam etdiriləcək.