Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 17:16:00
Son sutkada Azərbaycanda 62 nəfər koronavirusa yoluxub    

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 62 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 824 574 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 298 nəfər müalicə olunaraq sağalıb, hazırda 292 aktiv xəstə var. Bu günə qədər 9 984 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 662, bu günə qədər isə ümumilikdə 7 385 915 test icra olunub