Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 14:20:00
Mübariz İbrahimovun adını daşıyan təhsil kompleksi BANM-la müqavilə imzaladı

 

 

Bakı Ali Neft məktəbi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksi arasında qarşılıqlı əlaqə haqqında memorandum imzalandı.

 

Bu gün Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Kompleksin icraçı direktoru Aqşin Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, rayonun hüquq mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, Regional Mədəniyyət İdarəsinin, Rayon Gənclər və İdman idarəsinin rəhbərləri, bir qrup ümumtəhsil məktəbinin direktoru və liseyin kollektivi iştirak edib.

 

Tədbirdə çıxış edən Təhsil Kompleksin icraçı direktoru Aqşin Bağırov iştirakçıları salamladıqdan sonra imzalanacaq memorandumun önəmi ilə bağlı məlumat verib.

 

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək qarşılıqlı əlaqələr nəticəsində əldə olunacaq uğurlardan danışıblar. Tədbirin rəsmi hissəsinin sonunda BANM və Təhsil Kompleks arasında təhsil, təlim-tədris sahələrində qabaqcıl təcrübə mübadiləsinin aparılması, istiqamətlər üzrə əməkdaşlığı həyata keçirilməsi və möhkəmləndirilməsi, elm və təhsil sahəsində yerli və beynəlxalq səviyyəli seminar, vebinar, tələbə və şagirdlər arasında konfransların, simpoziumların və debatların təşkil olunması, müxtəlif aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, Kompleksin təbiət fənlərini tədris edən müəllimlərinin BANM-da ixtisaslaşma ilə bağlı həyata keçirilən təlim və layihələrə cəlb edilməsi, Kompleksdə təhsil alan şagirdlərin BANM-a səfərinin təşkil edilməsi, BANM tələbələrinin Kompleksdə pedaqoji təcrübəyə cəlb olunması, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak, müəllimlərin peşəkar inkişafına dəstəyin verilməsi haqqında memorandum imzalandı.

 

Tədbir bədii hissə ilə davam etdirilib.