Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 12:37:00
Rezidenturaya ixtisas seçimi edənlərin NƏZƏRİNƏ!

Artıq rezindeturaya qəbul imtahanlarının ixtisas seçimi müsabiqəsinin nəticələri bəlli olub.  Rezidenturaya qəbul olunan namizədlər öncə Səhiyyə Nazirliyi, daha sonra isə qəbul olunduqları klinikada qeydiyyatdan keçməlidirlər. Səhiyyə Nazirliyində qeydiyyat ixtisaslara uyğun olaraq 7-14  sentyabr taixlərində, şənbə və bazar günləri istisna olmaqla həyata keçirilir.

Rezidenturaya qəbul olunanlar nazirlikdə qeydiyyat üçün “Şəxsi kabinet”in istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və digər müvafiq sənədləri təqdim etməli, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalıdırlar.

AzEdu.az Səhiyyə Nazirliyinə istinadən, ixtisaslara uyğun qeydiyyat vaxtlarını təqdim edir:

Anesteziologiya-reanimatologiya, Plastik cərrahiyyə, Ümumi cərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Neyrocərrahiyyə, Allerqologiya ixtisaslarına qəbul olunanlar üçün qeydiyyat 7 sentyabr,  Travmatologiya-ortopediya, Otorinolarinqologiya, Uşaq  cərrahiyyəsi, Oftalmologiya, Nevrlogiya, Nefrologiya, Stomatologiya, Onkologiya ixtisaları üçün isə 10  sentyabr tarixində yekunlaşıb.

Narkologiya, Psixatriya, Kardiologiya, Endokrinologiya ixtisaslarını seçən rezidentlər üçün qeydiyyat bu gün keçirilir.

Fizioterapiya və tibbi bərpa, Yoluxucu xəstəliklər, Mamalıq-Ginekologiya, Gigiyena ixtisaslarına qəbul olunanlar 12 sentyabr; Şüa diaqnostikası, Mikrobiologiya, Urologiya, Hematologiya, Revmatologiya, Pediatriya, Qastroenterologiya, Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza ixtisaslarını seçənlər 13 sentyabr; Epidemiologiya, Terapiya, Sosial gigiyena və səhiyyənin təşkili, Dermatovenerologiya, Üz çənə cərrahiyyəsi, Laboratoriya işi, Ftiziatriya ixtisaslarının rezidentləri adını qazananlar isə 14 sentyabr tarixlərində qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, rezidenturaya qəbul olan və Səhiyyə Nazirliyində qeydiyyatdan keçənlərin müvafiq sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət edəcəkləri tarixlər barədə əlavə məlumat nazirliyin rəsmi internet saytında veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları