Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 13:38:00
Mahaçqalada bomba həyəcanı: Məktəblərdə dərslər yarımçıq dayandırılıb

Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın bütün orta məktəblərində dərslər yarımçıq dayandırılıb.

 

AzEdu.az xəbər verir ki, buna səbəb hüquq-mühafizə orqanlarına daxil olan zənglə məktəblərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq olub.

 

“Bütün orta təhsil müəssisələrindən şagirdlərin təxliyəsi təşkil edilib”, - Mahaçqala şəhər administrasiyasının yaydığı məlumatda qeyd olunur.

 

Bildirilir ki, hazırda xüsusi xidmət orqanlarının əməkdaşları məktəblərin ərazisində yoxlamalar həyata keçirirlər.

 

 

Oxu.az