Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 12:52:00
Yaponiyada təqaüd proqramına sənəd qəbulu aparılır

Yaponiyanın Tsukuba Universiteti 2023-2024-cü tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir.

 

AzEdu.az xəbər verir ki, sözügedən xüsusi proqram Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edəcək problemləri həll etmək məqsədilə təsis edilib.

 

Təqaüd proqramına müraciət üçün son tarix 15 yanvar 2023-cü il müəyyən edilib.

 

Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.