Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-05 16:47:00
“İxtisas qrupları üzrə bəzi fənlər ixtisar olunmalıdır”-Mütəxəssisdən TƏKLİF

 

Qəbul və buraxılış imtahanı zamanı abituriyentlərə 3 fənn üzrə müxtəlif (açıq, qapalı və situasiya) tipdə suallar təqdim olunur.

 

Bəs abituriyentlər daha çox hansı tip suallarda çətinlik çəkir?

 

Təhsil eksperti Elçin Əfəndiyev mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında buraxılış və qəbul imtahanlarının nəticələri arasındakı fərqə diqqət çəkib:

 

“Abituriyentlərin daha yaxşı nəticə göstərməsi üçün fənlərin sayını minimumlaşdırmalıyıq. Qəbul və buraxılış imtahanı üzərindən düşünsək, Bakı şəhərində və regionlarda buraxılış imtahanı nəticəsi blok imtahanına nisbətən daha yüksək olur. Bunun əsas səbəbi səhv cavab düz cavabın nəticəsinə təsir etməməsidir”.

 

Ekspert abituriyentlərin hər üç sual tipini cavablandırma şəklini dəyərləndirib:

 

“Sualların modelinə və formatına görə abituriyentlərə daha çox çətinlik yaradan sonuncu, 2019-cu il kurikulum modelinə əsasən tərtib olunan situasiya tip suallardır. Abituriyentlərin böyük əksəriyyəti bu sualları cavablandırmaqdan ya imtina edir, ya da qismən cavablandırır. Digər biri, açıq tip suallar isə seçim üzərindən olduğu üçün abituriyentlər daha rahat cavablandırır. Qapalı tip suallar abituriyentin öyrəşdiyi bir modeldir. 2019-a kimi qapalı və açıq tip suallar olduğu üçün abituriyentlər bu model ilə çoxdan tanışdır və daha rahat cavablandırır. Buna baxmayaraq təəssüflər olsun ki, abituriyentlər daha çox qapalı tip suallarda səhvə yol verir”.

 

E.Əfəndiyev ixtisas qrupları üzrə abituriyentlərin situasiya tipli testləri cavablandırmaqda çətinlik çəkdiklərini bildirib:

 

“Buraxılış imtahanında humanitar yönümlü II və III ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər Azərbaycan dili, texniki fənnlər üzrə I və II qrupa hazırlaşan abituriyentlər isə Azərbaycan dili və riyyaziyyat fənnini daha yaxşı cavablandırır. III qrup abituriyentləri ingilis dili və Azərbaycan dilini yaxşı yazıb, riyaziyyat fənnində çətinliklər çəkir. IV qrup abituriyentləri Azərbaycan dili və riyyaziyyat fənini yaxşı cavablandırıb, ingilis dili üzrə çətinlik çəkir. Bunun əsas səbəbi ingilis dilinin IV ixtisas qrupuna sonradan əlavə olunmasıdır. Blok imtahanında abituriyent I ixtisas qrupu üzrə kimya fənnində bir qədər istisna, fizika və riyaziyyat fənini yaxşı cavablandırır. II ixtisas qrupunda coğrafiya və riyaziyyat fənnini yaxşı yazıb, tarix fənində səhvlərə yol verir. III və IV ixtisas qrup abituriyentləri bəzi istisnaları nəzərə almaq şərti ilə.bütün situasiya tipli sualları cavablandıra bilir”.

 

“Situasiya tipli sualların oxunması və cavablandırılması daha uzun vaxt tələb edir. Bu istiqamətdə bir qədər təkmilləşdirmə aparmalıyıq”-deyə, ekspert bildirib.