Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 10:49:00
Bağçalarla bağlı bitmək bilməyən problemlər-Sıxlığı belə aradan qaldırmaq olar

 

"Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə yerləşməsinin kəmiyyət göstəricisi  hazırda 30%-ə çatdırılıb. Bu da o deməkdir ki, 70% uşaqlar qəbul üçün kənarda qalır”.

 

Dövlət uşaq bağçalarında yaranan yer problemi valideyinləri narahat edən məsələlərdən biridir. Baxçalarda yaranan sıxlıq nəticəsində bir çox uşaq kənarda qalıb. Özəl bağçaların ödənişi isə yüksək olduğu üçün valideynlərin büdcəsinə uyğun gəlmir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayev bağçalarda yaranan sıxlığı aradan qaldırılma yollarından söz açıb:

 

“Bağçalarda yaranan sıxlıqla əlaqədar boşluqları doldurmaq üçün məktəbəqədər hazırlıq  və icma əsaslı qruplar açılıb. Ancaq bunlar belə ümumi fəaliyyətin ödənilməsinə xidmət etmir.

 

Bu problemin aradan qaldırılması üçün alternativ variantlar düşünülməlidir. Dünya təcrübəsində dayə proqramları açılır. Dayələr özləri üçün müəyyən fəaliyyətlər göstərir və ixtisaslaşırlar. Hətta uşaqlara məktəbəqədər təhsil vermə imkanları olur.

175 sayılı dövlət sərəncamına əsasən “Məktəbəqədər təhsil müəssisələri, məktəblər,  ali təhsil müəssisələri, peşə məktəbləri və digər müəssisələrin tikintisi və onların gigiyenik tələbləri ödənilməsi”tələb olunur. Bu tələblər çox ağır  və  uzunmüddətli olduğu üçün həyata keçirmək demək olar ki, mümkün deyil. Tələblər bir az asanlaşsa, sahibkarlar tikdiyi bağçaları daha ucuz başa gətirə bilərlər.

 

  Ən böyük dünya təcrübəsi ailə tipli  və icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin  açılmasıdır. Hazırda Azərbaycanda səkkiz yüz əlliyə qədər icma əsaslı qruplar var. Bu qruplar məktəb daxilində fəaliyyət göstərir. İcmaəsaslı qrupların  kənd yerlərində, bağçaların olmadığı yerlərdə açılıması, sahibkarlar tərəfindən keyfiyyətli və ucuz təlimlərin verilməsi problemin həll yollarından biridir”.

 

Mütəxəssis yaranan sıxlığın bir qisminin valideynlərin günahı olduğunu qeyd edib:

 

“Bağçaların digər problemlərindən biri elektron qeydiyyatdan keçmək məsələsidir. Burada valideyinlər uşaqlarını qeydiyyatdan keçirib, yerləşdirdikdən sonra aylarla bağça müdirini  gözlədərək “Havalar soyuqdu deyə uşağımı gətirmək istəmirəm. Qeydiyyatdan keçib yer saxlamışam” deyirlər. Bu kimi hallarda bağçaya getmək istəyən uşaqlar kənarda qalır. Qeydiyyatdan keçib özünə yer ayırıb,sənədləri bağçaya təqdim etməyən valideynləri qanunvericiliyə görə kənarlaşdırmaq mümkün deyil. Bu problemlər aradan qaldırılması üçün valideynlərin maarifləndirilməsi çox vacibdir”.